14 Oktyabr 2014, 2-ci.gün | 10:34:16


                                                                                                            
MARQUEE ... AVTOMOBİLLƏRİN DEPOZİTSİZ, SƏRFƏLİ QİYMƏTLƏRLƏ GÜNDƏLİK İCARƏSİ...  ... +994-50-370-09-04...

                          AVTOMOBİL QƏZALARI

  • Hyundai Sonata 2012

    Avtomobil, B.Ə.Ə vətəndaşı tərəfindən idarə olunan zaman, qəza baş vermişdir. Hadisəyə səbəb, ara məsafənin saxlanılmaması olub. Qəza zamanı, xəsarət alan olmamışdır. Avtomobilə maddi ziyan dəymiş və dərhal hadisə barədə BŞDYPİ əməkdaşlarına məlumat verilmişdir.

     
  • Nissan Sunny 2013

    Avtomobil qarlı havada Quba rayonunun Qəçrəş kəndi istiqamətində, yerli vətəndaş tərəfindən idarə olunan zaman qəzaya düşüb. Göründüyü kimi texniki cəhətdən avtomobil tam yararsız haladadır. Bu növ qəzalı avtomobillər avto-parkdan dərhal silinir. Daxili nizamnaməyə əsasən yenidən təmir olunub istismar olunmur.

     
  • Kia Cerato 2013

    Şəhər mərkəzində, yolun qırmızı işığında hərəkət edən zaman, Kia Cerato markalı avtomobil, əks istiqamətdə gələn digər avtomobil ilə toqquşmuşdur. Xəsarət alan olmasada nəqliyyat vasitəsinə zərər dəymişdir. Hadisənin nə səbəbdən baş verməsi, bizim sorğumuz əsasında, məhkəmə tərəfindən araşdırılır

     
  • Kia Optima 2012

    Xırdalan şəhəri ərazisində Qaz L markalı mikro avtobusa çırpılmış, xəsarət alan olmayıb amma avtomobilə ciddi ziyan dəymişdir. Bu iş üzrə işlər hələdə davam edir. Baş vermiş hadisə ilə əlaqədar, məlumatlar DİN-ə göndərilib və işin cinayət xarakter daşıyıb-daşımaması araşdırılır.

     
  • Mercedes CLS 350 2006

    Avtomobil İsmayıllı rayonu ərazisindı dağlı ərazidə idarə olunan zaman, yolun qarlı və dumanlı olması nəzərə alınmayıb və idarə etmə itirilib. Hadisə zamanı avtomobilin arxa hissəsinə ziyan dəymişdir. Sürücü yerli sakinlərin köməyi ilə avtomobildən çıxarılıb.Qəza hava şəraiti ilə əlaqədar baş vermişdir.

     
  • Kia Optima 2013

    Avtomobili xanım idarə edən zaman, manevr qaydalarını pozmuşdur. Qəza zamanı xəsarət alan olmasada, avtomobilə maddi ziyan dəymişdir. Hadisə yerindən əməkdaşlarımız nəqliyyat vasitəsini evakuasiya edib, servisə yönəltmişdilər.

     
  • Niva 2015

    İdarə etmə zamanı, ara məsafəsi saxlanılmadığı üçün, digər avtomobilə dəymişdir. Yüngül qəza zamanı xəsarət alan olmayıb. Avtomobilə yüngül maddi ziyan dəymişdir.